Xəzər Xəbər

Minimum əmək pensiyasının artımı 100 mindən çox vətəndaşı əhatə edəcək

Cəmiyyət | 11:18 • 23 Yanvar 2023
Minimum əmək pensiyasının artımı 100 mindən çox vətəndaşı əhatə edəcək

Əmək pensiyalarının minimum əməbləğinin artımı 100 mindən çox vətəndaşı əhatə edəcək.

Xezerxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

O qeyd edib ki, əmək pensiyalarının minimum məbləğinin artırılması ölkədə həyata keçirilən sosial islahatların tərkib hissəsidir və əhalinin sosial rifahının yüksəlməsinə xidmət edir.

Qeyd edək ki, əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata qaldırılır.

Xəbər lenti

Çox oxunanlar