Yanvarın 21-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Xezerxeber.az-a bildirilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 939 min 457, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 400 min 834, ikinci mərhələ üzrə 4 milyon 876 min 581, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 396 min 980, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 62-dir.