Xəzər Xəbər

Bəzi avtobusların hərəkəti qismən məhdudlaşdırılıb

Cəmiyyət | 10:45 • 21 Yanvar 2023
Bəzi avtobusların hərəkəti qismən məhdudlaşdırılıb

Bu gün saat 10:00 radələrindən etibarən, Azadlıq prospekti - Füzuli küçəsi, Dilarə Əliyeva küçəsi və Rəşid Behbudov küçəsi istiqamətində bir sıra avtobusların hərəkəti qismən məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən Xezerxeber.az-a verilən xəbərə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən təmir-bərpa işləri ilə əlaqədar qeyd olunan küçə və prospektdən keçən 2, 4, 5, 14, 61, 79, 85, 88, 88A müntəzəm marşrut xətlərində fəaliyyət göstərən avtobusların hərəkəti qismən məhdudlaşdırılıb.

Xəbər lenti

Çox oxunanlar