20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulan yollar açılıb.
Xezerxeber.az bildirir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.
O deyib ki, paytaxt yollarında hərəkət tam olaraq açıqdır.
Qeyd edək ki, Ümumxalq Hüzn günü ilə əlaqədar bəzi yollarda hərəkət məhdudlaşdırılmışdı.