Xəzər Xəbər

Qətər vətəndaşları Azərbaycanda ov qaydalarını pozublar

Cəmiyyət | 17:00 • 19 Yanvar 2023
Qətər vətəndaşları Azərbaycanda ov qaydalarını pozublar

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Salyan rayonu, Xıdırlı kəndi ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.

Xezerxeber.az-ın xəbərinə görə, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Qətər vətəndaşları Fahad Zayed Maal Shahwanı və Muhammed Ghanım Maal Khayareen olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Xəbər lenti