Xəzər Xəbər

Bakıda sıxlıq müşahidə edilən yollar SİYAHI

Cəmiyyət | 08:54 • 28 Dekabr 2022
Bakıda sıxlıq müşahidə edilən yollar

Bakıda sıxlıq olan yollar açıqlanıb.

Xezerxeber.az Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla xəbər verir ki, aşağıdakı yollarda sıxlıq müşahidə edilir:

1. Bakı-Sumqayıt şosesi, 20 Yanvar metrostansiyası istiqamətində;

2. Binəqədi şosesi, Azadlıq Prospekti metrostansiyası istiqamətində;

3. 20 Yanvar dairəsində;

4. Tbilisi prospekti, mərkəz istiqamətində;

5. Badamdar şosesi, mərkəz istiqamətində;

6. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Akademik Həsən Əliyev küçəsi istiqamətində;

7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Xəbər lenti