Xəzər Xəbər

Əlilliyə ən çox hansı xəstəliklər səbəb olur?

Cəmiyyət | 17:23 • 27 Dekabr 2022
Əlilliyə ən çox hansı xəstəliklər səbəb olur?

Cari ildə Azərbaycanda əlilliyə ən çox səbəb olan xəstəliklər arasında birinci yerdə psixi xəstəliklər və davranış pozulmaları dayanır. Bu səbəbdən 9 min 170 nəfərə əlillik təyinatı aparılıb. İkinci yerdə sinir sistemi xəstəlikləridir və buna görə 8 min 552 nəfər əlillik təyinatı alıb. Növbəti yerlərdə bədxassəli yeni törəmələr, onkoloji xəstəliklər, göz xəstəlikləri və qan dövranının xəstəlikləridir.

Xezerxeber.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

A.Bayramov qeyd edib ki, beş xəstəlik qrupunun payına bütün təyin olunmuş əlilliklərin 67 faizi düşür.

Xəbər lenti