Xəzər Xəbər

Bu il pensiyaların maliyyələşdirilməsinə sərf edilən vəsaitin həcmi artıb

Cəmiyyət | 12:59 • 26 Dekabr 2022
Bu il pensiyaların maliyyələşdirilməsinə sərf edilən vəsaitin həcmi artıb

Bu il əmək pensiyalarının maliyyələşdirilməsinə 4 milyard 946 milyon manat sərf olunub ki, bu da ötən illə müqayisədə 7.8 faiz və ya 360 milyon manat çoxdur.

Xezerxeber.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondu İdarə Heyətinin sədri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, məcburi dövlət sosial sığorta üzrə müavinətlərin maliyyələşdirilməsinə 137.6 milyon, digər xərclərin maliyyələşdirilməsinə isə 166.5 milyon manat vəsait sərf olunub. Bu il ilk dəfə olaraq pensiyaçılara maddi yardım ödənilib ki, bu zaman 275, 8 milyon manat xərclənib".

Xəbər lenti

Çox oxunanlar