Xəzər Xəbər

Gələn il üçün əmək pensiyalarının orta məbləği açıqlandı

Artımın məbləği də məlum oldu
Cəmiyyət | 11:28 • 26 Dekabr 2022
Gələn il üçün əmək pensiyalarının orta məbləği açıqlandı

Əmək pensiyalarının orta aylıq məbləği 12% artıb.

Xezerxeber.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib. 

O bildirib ki, bu il üzrə əmək pensiyalarının orta aylıq məbləği 372 manat təşkil edib. Gələn il üzrə bu məbləğ 423 manat proqnozlaşdırılıb.

H.Məmişov bildirib ki, bu il üzrə gözlənilən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 399 manat, gələn il üzrə isə proqnoz 456 manat müəyyən edilib.

DSMf sədri onu da əlavə edib İlin sonuna kimi Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 5726,4 milyon manat olacağı proqnozlaşdırılır.

"Bu, ötən ilə nisbətən 10,6 faiz və ya 548,8 milyon manat çoxdur", - deyə H.Məmişov qeyd edib.

Xəbər lenti