Xəzər Xəbər

Respublika Fənn Olimpiadaları keçirilib

Cəmiyyət | 15:35 • 25 Dekabr 2022
Respublika Fənn Olimpiadaları keçirilib

Cari tədris ili üçün Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib.

Təhsil İnstitutundan Xezerxeber.az-a bildirilib ki, ümumilikdə 45 mindən çox şagirdin qeydiyyatdan keçdiyi fənn olimpiadaları 8, 9, 10, 11-ci sinif şagirdləri arasında 7 fənn (riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrə 118 mərkəzdə təşkil edilib.

Rayon (şəhər) mərhələsinin nəticələri www.portal.edu.az platforması və iştirakçıların təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə gələn il yanvarın 5-də elan olunacaq.

Qeyd edək ki, fənn olimpiadalarının keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağın artırılmasından ibarətdir.

Xəbər lenti

Çox oxunanlar