Xəzər Xəbər

Son sutkada koronavirus əleyhinə 419 vaksin vurulub

Cəmiyyət | 19:20 • 24 Dekabr 2022
Son sutkada koronavirus əleyhinə 419 vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 419 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 140, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 100, üç və daha çox doza vaksin vurduranların sayı 154, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 929 665 birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 395 229, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 347, üç və daha çox doza vaksin vurduranların sayı 3 394 570, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 519 təşkil edir.

Xəbər lenti

Çox oxunanlar