Xəzər Xəbər

FHN: Ötən sutka 17 halda yanğına çıxış üzrə əməliyyatlar həyata keçirilib

Cəmiyyət | 14:10 • 24 Dekabr 2022
FHN: Ötən sutka 17 halda yanğına çıxış üzrə əməliyyatlar həyata keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 17 halda yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla üç nəfər xilas edilib, yanğın zamanı bir nəfər tüstüdən yüngül zəhərlənib.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Xəbər lenti

Çox oxunanlar