Xəzər Xəbər

Abituriyentlərin zəif cavablandırdığı test tapşırıqları müəyyənləşdirilib

Cəmiyyət | 12:14 • 23 Dekabr 2022
Abituriyentlərin zəif cavablandırdığı test tapşırıqları müəyyənləşdirilib

Dövlət İmtahan Mərkəzində (DİM) biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

DİM-dən xezerxeber.az-a bildirilib ki, iyulun 21-də ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında biologiya, mayın 22-də II ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında isə tarix fənnindən istifadə edilmiş tapşırıqlar müzakirə edilib.

Hər iki fənn üzrə tapşırıqlar imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzular baxımından təhlil edilib. Təhlil nəticəsində tapşırıqların fənn kurikulumunun təlim nəticələrinə, qüvvədə olan dərsliklərə və qəbul proqramına uyğunluğu bir daha təsdiq edilib. Test tapşırıqlarının abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verdiyi bildirilib. Abituriyentlərin zəif cavablandırdığı test tapşırıqları müəyyənləşdirilib. Həmin tapşırıqlara dair izahlar “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

Növbəti həftə müzakirələr davam etdiriləcək.

Xəbər lenti

Çox oxunanlar