Xəzər Xəbər

Talassemiya xəstəliyi evlənməyə maneə deyil - TƏBİB

Cəmiyyət | 11:27 • 22 Dekabr 2022
Talassemiya xəstəliyi evlənməyə maneə deyil - TƏBİB

Talassemiya xəstəliyinin yaranma səbəbi orqanizmdə anormal hemoqlobin formasının hasil edilməsidir. Hemoqlobin qırmızı qan hüceyrələrin tərkibində oksigen daşıyan zülaldır. Bu xəstəlikdə qırmızı qan hüceyrələri külli miqdarda parçalanır və buda anemiyaya yəni qanazlığına gətirib çıxarır. Anemiya isə orqanizmdə sağlam qırmızı qan hüceyrələrinin çatışmazlığıdır.

Xezerxeber.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, talassemiya xəstəliyini aşkarlamaq üçün qan nümunəsi laboratoriyada müayinə edilir.

Valideynlərdən sadəcə biri talassemiya daşıyıcısı olduqda övladın talassemiya xəstəsi olma ehtimalı sıfıra bərabərdir. Lakin ata və ananın hər ikisi talassemiya daşıyıcısı olduqda, onların övladı 25 faiz ehtimalla tamamilə sağlam, 50 faiz ehtimalla talassemiya daşıyıcısı, 25 faiz ehtimalla isə talassemiya xəstəsi olaraq dünyaya gəlir.

Qeyd edilib ki, daşıyıcılıq xəstəlik deyil, yoluxmur və evlənməyə maneə deyil.

Xəbər lenti

Çox oxunanlar