Xəzər Xəbər

DİM: Müraciət olarsa, sürücülük imtahanlarını keçirə bilərik

Cəmiyyət | 17:55 • 21 Dekabr 2022
DİM: Müraciət olarsa, sürücülük imtahanlarını keçirə bilərik

“Müraciət olarsa, sürücülük imtahanlarını keçirə bilərik".

Bunu APA-ya açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

"Hesab edirəm ki, biliklərin yoxlanılmasında hansısa formatda prosesə qoşula bilərik. Lakin təbii ki, real sürücülük qabiliyyətini yoxlaya bilmərik. Yeni imtahan mərkəzində bunun üçün imkanımız olacaq. Biz hansısa imtahanı keçirmək üçün heç kimlə danışıq aparmırıq. Hökumət nə sifariş verirsə, onu yerinə yetiririk" – o qeyd edib.

Xəbər lenti