Xəzər Xəbər

Ürək əməliyyatları xidmətlər zərfinə daxil ediləcək

Cəmiyyət | 16:41 • 21 Dekabr 2022
Ürək əməliyyatları xidmətlər zərfinə daxil ediləcək

“Xidmətlər zərfinin genişlənməsi istiqamətində mütəmadi işlər aparılır”.

Xezerxeber.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi ekspertizanın texniki qaydaları şöbəsinin müdiri Səbinə Quliyeva deyib. 

O bildirib ki, hər il sorğular keçirirlər:

“Nazirlər Kabinetinin qərarı əsasında xidmətlər zərfinə daxil olan xidmətlərin tariflərinə yenidən baxılması və xidmətlərin genişləndirilməsi imkanlarımız var. Agentlik mütəmadi olaraq tibbi xidmətlərin həm tariflərinə tənzimləyici funksiyanı həyata keçirir, həm də xidmətləri genişləndirmək istiqamətində işlər aparır. Artıq biz bu il də xidmətlər zərfinin yenilənməsi istiqamətində işlər aparmışıq və layihəni aidiyyəti qurumlara təqdim etmişik. Yeni layihədə əsasən, ürək-damar cərrahiyyəsi öz əksini tapıb.

Xidmətlər zərfində bəzi ürək-damar sistemində aparılan əməliyyatlar artıq həyata keçirilir. Amma ürək qapaqlarının dəyişdirilməsi əməliyyatı yox idi, yeni layihədə bu da nəzərdə tutulub. Anadangəlmə ürək qüsurlarının müalicəsi də yeni layihədə əksini tapıb. Hətta yeni layihədə xidmətlər zərfində qapalı şəraitdə ürək əməliyyatlarının həyata keçirilməsi də planlaşdırılır. O da riskli pasiyentlərdə edilir. Bundan əlavə, neyrocərrahiyyə, travmatoloji, oftalmoloji və digər əməliyyatlar yeni layihədə öz əksini tapıb".

Xəbər lenti