Xəzər Xəbər

Nazir: "Texniki bilikləri olanlar çox rahat iş tapa bilirlər"

Cəmiyyət | 11:51 • 21 Dekabr 2022
Nazir: "Texniki bilikləri olanlar çox rahat iş tapa bilirlər"

Bu gün texniki bilikləri olan şəxs çox rahat iş tapa bilirlər.

Xezerxeber.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zamanı deyib.

Nazir bildirib ki, məşğulluq həm də cəmiyyətdən asılıdır.

“Verilən təhsilə maraq göstərilib, seçilməlidir. Özəl sektor iş yerlərinin yaradıcısıdır. Bu kompleks bir məsələdir. Məşğulluq cəmiyyətin inkişafı ilə birgə inkişaf edəcək sahədir. Qarşımızda böyük çağırışlar və gözləntilər var. Məşğulluq hər bir dövlətin əsas çağırışlarından biridir”,- deyə S.Babayev əlavə edib.

Nazir əlavə edib ki, ixtisaslı işçi qüvvəsinin artırılması əsas hədəflərdəndir.

Xəbər lenti

Çox oxunanlar