Xəzər Xəbər

Koronavirusa daha 107 yoluxma faktı qeydə alınıb

Cəmiyyət | 17:39 • 20 Dekabr 2022
Koronavirusa daha 107 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 107 yoluxma faktı qeydə alınıb, 65 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 825 min 527 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 944 nəfər müalicə olunaraq sağalıb, 9 min 997 nəfər vəfat edib. Aktiv xəstə sayı 586 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 253, bu günə qədər isə ümumilikdə 7 milyon 410 min 224 test icra olunub.

Xəbər lenti

Çox oxunanlar