Xəzər Xəbər

Bahar Muradov: "Nikah yaşı birmənalı 18 qəbul edilməlidir"

Cəmiyyət | 12:54 • 20 Dekabr 2022
Bahar Muradov: "Nikah yaşı birmənalı 18 qəbul edilməlidir"

“Bəzən 17 yaşında olanlara ailə qurmağa icazə verilir. Amma biz 18 yaşdan aşağı olanların ümumilikdə nikaha girməsinin qadağan edilməsinin tərəfdarıyıq”.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Komitə sədri bildirib ki, qanunvericilikdə nikah yaşı birmənalı 18 qəbul edilməli, heç bir istisna olmamalıdır: “Mən sizdən istisna halların aradan qaldırılması ilə bağlı dəstək istəyirəm. Bizdə uşaq nikahı və erkən nikah ifadəsi var. Biz 17 yaşa tətbiq edilən istisna hallarını aradan qaldırsaq, erkən nikah ifadəsi dilimizdən çıxarılacaq”.

Xəbər lenti