Xəzər Xəbər

Azərbaycanda COVID-19-a 11 yoluxma faktı qeydə alınıb

Cəmiyyət | 17:51 • 19 Dekabr 2022
Azərbaycanda COVID-19-a 11 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 11 yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 825 min 420 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 879 nəfər müalicə olunaraq sağalıb, 9 min 993 nəfər vəfat edib. Aktiv xəstə sayı 548 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 622, bu günə qədər isə ümumilikdə 7 milyon 407 min 971 test icra olunub.

Xəbər lenti

Çox oxunanlar