Xəzər Xəbər

Azərbaycanda daha 72 nəfər koronavirusa yoluxub

Cəmiyyət | 17:18 • 18 Dekabr 2022
Azərbaycanda daha 72 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 72 yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 825 min 409 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 869 nəfər müalicə olunaraq sağalıb, 9993 nəfər vəfat edib. Aktiv xəstə sayı 547 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1864, bu günə qədər isə ümumilikdə 7 milyon 407 min 349 test icra olunub.

Xəbər lenti