Xəzər Xəbər

Bakıda lisey direktorunun ad gününə toplanan pul geri qaytarılıb RƏSMİ AÇIQLAMA

Araşdırma aparılıb
Cəmiyyət | 17:02 • 16 Dekabr 2022
Bakıda lisey direktorunun ad gününə toplanan pul geri qaytarılıb

Paytaxtdakı Texniki-humanitar liseydə direktorun ad günü münasibətilə pul yığılması barədə daxil olmuş məlumatla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılıb.

Bu barədə İdarədən APA-nın sorğusuna cavab olaraq bildirilib.

“Araşdırma zamanı məlum olub ki, 8F sinfinin valideyni məktəb direktoruna gül buketi almaq üçün pul yığılmasını sinfin digər valideynlərinə təklif edib. Təklifi qəbul edən bir neçə valideyn kart vasitəsilə 5 manat pulu könüllü olaraq ödəyiblər.

Araşdırma nəticəsində pul yığımının qarşısı alınıb və toplanmış vəsaitlər geri qaytarılıb. Digər siniflərdə analoji hallar müəyyən edilməyib” – deyə BŞTİ-dən bildirilib.

Xəbər lenti

Çox oxunanlar