Xəzər Xəbər

Hande Harmancı: Ölümlərin yarısı effektiv təcili yardımın tətbiqi ilə aradan qaldırıla bilər

Cəmiyyət | 10:54 • 16 Dekabr 2022
Hande Harmancı: Ölümlərin yarısı effektiv təcili yardımın tətbiqi ilə aradan qaldırıla bilər

Aşağı və orta gəlirli ölkələrdə ölümlərin təxminən yarısı və əlilliyin üçdə bir hissəsi effektiv təcili yardımın tətbiqi ilə aradan qaldırıla bilər.

Xezerxeber.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı “Azərbaycanda təcili yardım sisteminin təkmilləşdirilməsi” üzrə simpoziumun açılış mərasimində deyib.

O qeyd ki, bu baxımdan təcili yardım sistemləri səhiyyənin vacib hissəsidir və bütün dünyada bir çox insan üçün səhiyyə ilə ilk əlaqə nöqtəsi kimi xidmət göstərir.

"COVID-19 pandemiyası zamanı təcili tibbi yardım xidmətlərinə olan tələbatın kəskin artması bir daha göstərdi ki, təcili yardım sistemləri ictimai səhiyyə böhranlarına qarşı mübarizədə də böyük əhəmiyyətə malikdir. Ümumdünya Səhiyyə Təşkilatı “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi vasitəsilə təcili yardım sistemi və xidmətlərinin, bu sahədəki təlimlər və standartların təkmilləşdirməsini dəstəkləməyi nəzərdə tutur. Bu məqsədlə dekabrın 12-də “Azərbaycanda təcili yardım sistemlərinin təkmilləşdirilməsi həftəsi tədbirləri”nə başlanılıb. Həftənin məqsədi təcili yardim sistemləri sahəsində Azərbaycanın gələcəyə baxışını müzakirə etmək, bu sahədə təlimlər keçmək, eləcə də, insanların həyatını xilas etmək üçün kardiopulmonar resusitasiya vərdişlərinin öyrənilməsinin vacibliyi haqqında ictimaiyyəti məlumatlandırmaqdır. Son 4 gün ərzində 70-dən çox səhiyyə və qeyri-səhiyyə işçisi Yeni Klinika, Kliniki Tibbi Mərkəz və Sumqayıt Təlim, Simulyasiya və Qiymətləndirmə mərkəzindəki təlimlərimizə qatılıb. İnanırıq ki, həftə, o cümlədən bugünkü simpozium və sabaha nəzərdə tutulan işçi qrupunun görüşləri layihənin məqsədlərinə çatmaq üçün ilkin addım olacaq və təcili tibbi yardım işçilərinin, səhiyyə orqanlarının, qərar qəbuledici şəxslərin və ictimaiyyətin bu sahədə birgə çalışmasını təşviq edəcək", - deyə Harmancı qeyd edib.

Xəbər lenti