Xəzər Xəbər

Tibb Universitetində təcili tibbi yardım fənni tədris ediləcək

Cəmiyyət | 10:15 • 16 Dekabr 2022
Tibb Universitetində təcili tibbi yardım fənni tədris ediləcək

Gələn ildən Azərbaycan Tibb Universitetinin tələbələrinə təcili tibbi yardım fənni tədris ediləcək.

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli “Azərbaycanda təcili yardım sisteminin təkmilləşdirilməsi” üzrə simpoziumun açılış mərasimində deyib.

Onun sözlərinə görə, təcili yardım sisteminin təkmilləşdirilməsi məqsədilə bir çox addımlar atılıb: "Bu addımlarda universitet rəhbərliyi də geniş iştirak edir. Bu məqsədlə Tibb Universiteti nəzdində Təcili tibbi yardım kafedrası yaradılıb".

Xəbər lenti