Xəzər Xəbər

Kəlbəcərdə mina partlayışında xəsarət alanların vəziyyəti açıqlanıb

Cəmiyyət | 18:12 • 15 Dekabr 2022
Kəlbəcərdə mina partlayışında xəsarət alanların vəziyyəti açıqlanıb

14.12.2022-ci il tarixində Kəlbəcərdə baş verən mina partlayışı zamanı xəsarət alan 3 nəfər (mülki vətəndaşlar olmaqla) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunublar.

TƏBİB-dən xezerxeber.az-a verilən xəbərə görə, 15.12.2022-ci ildə saat 05:10 radələrində xəstəxanaya daxil olan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onlardan birinin müalicəsi Gəncə Beynəlxalq Xəstəxanasında davam edir. Vəziyyəti stabildir, sabah əməliyyat edilməsi nəzərdə tutulub. 

Xəsarət alan şəxslərdən ikisinin müalicəsinə isə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada davam edilir. Vəziyyətləri stabildir.

Xəsarət alanların diaqnozları sağ baldır sümüyünün və daban sümüyünün sınığı olub.

Xəbər lenti

Çox oxunanlar