Xəzər Xəbər

Goranboyda ət satışı mağazasında nöqsanlar aşkar olunub

Cəmiyyət | 15:10 • 15 Dekabr 2022
Goranboyda ət satışı mağazasında nöqsanlar aşkar olunub

Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkili və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən xezerxeber.az-a verilən məlumata görə, həmin tədbirlər çərçivəsində Goranboy şəhərinin V.Bayramov küçəsində ticarət mərkəzində fiziki şəxs Əmiraslanov Zaur Səhrab oğluna məxsus ət satışı mağazasında yoxlama aparılıb.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulması halları müəyyən olunub. Mağazada mənşəyi məlum olmayan, baytarlıq-sanitariya ekspertizasından keçirilməyən ət məhsullarının satışa təqdim olunduğu, ət satışı sahəsinin mütəmadi olaraq təmizlənib dezinfeksiya olunmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. Mənşəyi məlum olmayan ətin satışının qarşısı alınıb, müayinələrin aparılması üçün götürülən nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib və məhsullar saxlanca qoyulub. Faktla bağlı inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam edir.

Xəbər lenti