Xəzər Xəbər

Zəif bal toplayan müəllimlər yenidən imtahan verəcəklər

"Ümid edirik ki, müəllimlər ikinci şansı yaxşı qiymətləndirəcəklər”
Cəmiyyət | 10:49 • 15 Dekabr 2022
Zəif bal toplayan müəllimlər yenidən imtahan verəcəklər

Sertifikasiya imtahanında zəif nəticə göstərən müəllimlər yenidən imtahan verəcəklər. 

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib. 

"Biz yanvar-fevral ayları ərzində aşağı nəticə göstərən müəllimlərlə işləyəcəyik. Gələn ilin iyun ayında isə sertifikasiya imtahanında aşağı bal toplayan müəllimlər yenidən imtahan verəcəklər. Bu il aşağı nəticə toplayanlar da ümid edirik ki, ikinci şansı yaxşı qiymətləndirəcəklər”.

Xəbər lenti