Xəzər Xəbər

Koronavirus əleyhinə 304 vaksin vurulub

Cəmiyyət | 18:18 • 14 Dekabr 2022
Koronavirus əleyhinə 304 vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 304 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 89, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 55, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 134, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 26 nəfərdir. Vurulan vaksinlərin ümumi sayı 13 926 542, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 394 160, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 821, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 393 289, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 272 nəfər təşkil edir.

Xəbər lenti

Çox oxunanlar