Xəzər Xəbər

Əmək müqavilələrinin sayı artıb

Cəmiyyət | 11:37 • 14 Dekabr 2022
Əmək müqavilələrinin sayı artıb

Məşğuluq imkanlarının artırılması və qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində görülən kompleks tədbirlər əmək müqavilələrinin sayında artımın davam etməsinə imkan yaradıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xezerxeber.az-a verilən xəbərə görə, 2022-ci ilin yanvar-noyabr aylarında əmək müqavilələrinin sayı 3,4 faiz və ya 57 min artaraq 1 milyon 741 min 468 müqavilə təşkil edib. Bu dövrdə əməkhaqqı fondu da 20 faiz artıb.

Xəbər lenti

Çox oxunanlar