Xəzər Xəbər

Məscidlərdə qadın dini ayin vəzifəsini icra etmək üçün 69 namizəd müraciət edib

Cəmiyyət | 11:28 • 13 Dekabr 2022
Məscidlərdə qadın dini ayin vəzifəsini icra etmək üçün 69 namizəd müraciət edib

Qadın dini ayin icraçısı vəzifəsinə 7 vakant yeri üzrə ümumilikdə 69 müraciət qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova jurnalistlərə açıqlamasında deyib. 

Şöbə müdiri artıq sənəd qəbulunun bitdiyini deyib:

"Bildiyiniz kimi, ilk dəfə olaraq, qadın dini ayin icraçısı vəzifəsi üzrə vakant elan olunub. Ümumilikdə 7 vakant yer ayrılıb və bu yerlərə 69 sənəd qəbulu olub. Yaxın zamanlarda müsahibə mərhələsi başlayacaq. Müsahibədən uğurla keçən qadınlar məscidlərdə dini ayin icrasını həyata keçirə biləcəklər. Ümid edirik ki, həmin qadınlar savadlı, ali və orta ixtisaslı olaraq cəmiyyətin düzgün və sağlam maariflənməsi üçün öz töhfələrini verə biləcəklər"

Elnarə Kərimova ölkəmizdə xurafata meylliliyin qadınlar arasında da yayıldığını vurğulayıb: "Qadınlarımız arasında da xurafata, radikalizmə meyllilik halları yayılmaqdadır. Biz buna təəssüf edirik. Bu cür tədbirlərimizin məqsədi xurafatla mübarizə, həmçinin qadınlarımızın potensialından istifadə etməkdir".

Xəbər lenti

Çox oxunanlar