Xəzər Xəbər

Dövlət Komitəsinə bu il məişət zorakılığı ilə bağlı 435 müraciət daxil olub

Cəmiyyət | 10:52 • 7 Dekabr 2022
Dövlət Komitəsinə bu il məişət zorakılığı ilə bağlı 435 müraciət daxil olub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2020-ci ildə məişət zorakılığı ilə bağlı 242, 2021-ci ildə isə 364, cari ilin 11 ayı ərzində isə 435 müraciət daxil olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının təşkilatçılığı ilə “Məişət zorakılığından zərər çəkmiş həssas qrupdan olan şəxslərin müdafiəsi” mövzusunda keçirilən konfransda Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O, həssas qrupların insan hüquqları gündəliyinin ən vacib istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Bahar Muradova diqqətdən kənar qalan bu istiqamətə nəzərlərin yönəldilməsinin vacibliyini qeyd edib. Bildirib ki, konfransın əsas məqsədi bu istiqamətdə mövcud olan tədbirlər proqramı, nəticələr və perspektivləri müzakirə etməkdir.

Xəbər lenti

Çox oxunanlar