Xəzər Xəbər

Pensiyaların ödənişinə yönəldilən vəsaitin həcmi artıb

Cəmiyyət | 11:42 • 21 Noyabr 2022
Pensiyaların ödənişinə yönəldilən vəsaitin həcmi artıb

Sosial təminat sisteminin mühüm komponenti olan pensiya təminatının gücləndirilməsi tədbirləri 2022-ci ildə də davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xezerxeber.az-a verilən xəbərə görə, bu ilin yanvar-oktyabr aylarında pensiyaların ödənişinə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7 faiz və ya 270 mln. manat çox olmaqla 4 mlrd. 114 mln. manat vəsait yönəldilib. 

Qeyd edək ki, 2022-ci ilin əvvəlindən yeni sosial islahat paketinin tərkib hissəsi kimi, minimum pensiya 20 faiz artırılaraq 240 manata çatdırılıb.

Pensiyaların növbəti dəfə indeksasiya nəticəsində artırılması təmin edilib, pensiya alanlara 2022-ci ilin əvvəlindən bu il üzrə 200 manat maddi yardım (hər rüb 50 manat olmaqla), qulluq stajına görə əlavələr alan pensiyaçılara da 2022-ci ilin əvvəlindən pensiyalarının 10 faizi qədər aylıq maddi yardım ödənilir. 1,2 mln. nəfər pensiyaçını əhatə edən bu artımlar üçün əlavə olaraq illik 440 mln. manat vəsait ayrılıb.

Pensiyaların proaktiv qaydada təyinatı prosesi davam edib: 10 ayda 21 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb. Pensiyaların proaktiv təyinatı mexanizmi tətbiq olunduğu 2019-cu ilin əvvəlindən isə 69 min şəxsə pensiya e-qaydada proaktiv şəkildə təyin olunub.

Xəbər lenti