Noyabrın 20-də gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq ölkənin bəzi avtomobil yollarında görmə məsafəsi 300-800 m-dək məhdudlaşacaq.
Bu barədə Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya Vasitələri ilə İş və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.
Qurum rəsmisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarını ehtiyatlı olmağa çağırıb.