İmtahanlarda yazı işlərini yoxlayan ekspertlərin sayı azdır.
Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
DİM rəhbəri qeyd edib ki, imtahan yazı işləri ən azı iki dəfə yoxlanılır.
"Müəyyən hallarda 3 dəfə yoxlanılır. Müəyyən fənlərdən, xüsusən də rus bölməsində ekpertlərin sayı çox azdır. Şagirdlər kifayət qədərdir, amma ekspertlər azdır. Bu səbəbdən yoxlama prosesi uzanır. Bizdə 6 minə yaxın marker, ekspert var. Markerlərin sayı 20 min olsaydı, biz yoxlama prosesini daha tez həyata keçirərik" - deyə M.Abbaszadə vurğulayıb.