Xəzər Xəbər

I qrup əlillərin pensiya almasında problem var - Deputat danışdı

Cəmiyyət | 12:15 • 18 Noyabr 2022
I qrup əlillərin pensiya almasında problem var - Deputat danışdı

“Bizim vətəndaşlarımız arasında I qrup əlillərin pensiya almasında problem var”.

Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev deyib.

Deputat bildirib ki, onlardan 5 il əmək stajı tələb olunur: “Təbii ki, anadangəlmə əlil olan, çox erkən yaşda əlil olan insanın 5 il sığorta stajının olması mümkünsüzdür. Təklif edirəm ki, bu, aradan qaldırılsın. Eyni zamanda Vətən müharibəsi dövründə erməni təcavüzü nəticəsində mülki insanlar arasında da əlil olanlar var. Onların sayı elə də çox deyil. Ona görə də büdcə üçün bu güzəştin edilməsi elə böyük yük olmayacaq”. (APA)

Xəbər lenti

Çox oxunanlar