Milli Məclis “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsini birinci oxunuşda təsdiq edib.
Xezerxeber.az xəbər verir ki, qanun layihəsi parlamentin noyabrın 18-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.