Xəzər Xəbər

Ehtiyac meyarı ilə yaşayış minimumu bərabərləşdirilir

Cəmiyyət | 18:05 • 17 Noyabr 2022
Ehtiyac meyarı ilə yaşayış minimumu bərabərləşdirilir

Əhalinin sosial müdafiəsinin yüksəldilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin əsas prioritetlərindəndir.

Xezerxeber.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2023-cü il dövlət büdcəsinin müzakirəsi ilə bağlı Milli Məclisin iclasında deyib.

Son 5 ildə sosial sahəyə kifayət qədər vəsaitin ayrıldığını bildirən nazir qeyd edib ki, 2023-cü ilin dövlət büdcəsinin 68 milyon manatı əhaliyə sosial ödənişlərin payına düşür. Əmək pensiyası 423 manat, yaşa görə pensiya isə 456 manat proqnozlaşdırılır. Vurğulanıb ki, dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, ehtiyac meyarı ilə yaşayış minimumu bərabərləşdirilir.

“Maliyyə əməliyyatlarına nəzarət gücləndirilib və fərdi uçot mərkəzləşdirilib. Hazırda fond tərəfindən əhaliyə mütərəqqi xidmətlərin göstərilməsi üzrə işlaparılır”, - deyə Sahil Babayev vurğulayıb.

Qeyd edək ki, 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində müəyyənləşdirilir.

2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilir.

Xəbər lenti