Azərbaycanda 65 yaşa qədər olan kişilərin sayı 47 %-ə çatır. Ona görə də biz pensiya yaşının aşağı salınması barədə düşünməliyik. Heç olmasa bu kişilər 2-3 il pensiya ala bilsinlər.
Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.