Xəzər Xəbər

Daha 44 nəfər COVID-19-a yoluxub

Cəmiyyət | 16:32 • 16 Noyabr 2022
Daha 44 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 44 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib. 

Azərbaycanda indiyədək ümumilikdə 823 805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 618 nəfər müalicə olunaraq sağalıb, 9 967 nəfər vəfat edib, aktiv xəstə sayı 220 nəfərdir.

Ölkədə son sutka ərzində 2 101, hazırkı dövrədək isə 7 349 698 test aparılıb.

Xəbər lenti

Çox oxunanlar