Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, insult dünyada ölüm səbəbləri sırasında ikinci-üçüncü yerdədir.
Xezerxeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nevroloq Pərvin Allahyarova deyib.
P.Allahyarova bildirib ki, ÜST-nin məlumatına görə, insult əlilliyin səbəbləri sırasında birinci yerdədir: “Deyə bilərik ki, insult təxirəsalınmaz təcili bir vəziyyətdir, nəticələri ağırdır. Onun nəticəsi ya əlillik, ya da ölümdür. Kəskin insult kəskin miokard infarktı qədər təcili patologiyadır. Hər ikisində vaxt itirmək olmaz”.