Xəzər Xəbər

Macarıstan 2023-2024-cü tədris ili üçün təqaüd proqramı elan edib

Cəmiyyət | 14:11 • 16 Noyabr 2022
Macarıstan 2023-2024-cü tədris ili üçün təqaüd proqramı elan edib

Macarıstan 2023-2024-cü tədris ili üçün təqaüd proqramı (HTP) elan edir.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Təqaüd proqramı Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 2021-ci il yanvarın 6-da imzalanmış 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında anlaşma memorandumuna əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.

Təqaüd proqramına sənəd qəbulu 2023-cü il yanvarın 15-i saat 23:59-a kimi aparılacaq.

Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (TPF) yekun qərarının 2023-cü ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış olmaq mümkündür.

Xəbər lenti