Bakıda bina söküntüsü ilə əlaqədar bağlanan yol açılıb.
Bu barədə xezerxeber.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, Yusif Səfərov küçəsinin başlanğıcında yaşayış binasının söküntüsü ilə bağlı hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Cavanşir körpüsünün altından geri dönmə müvəqqəti məhdudlaşdırılmışdı: “Hazırda söküntü işlər başa çatdığından körpünün altından geri dönmə bərpa olunub”.