Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 52 yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 823 min 688 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 528 nəfər müalicə olunaraq sağalıb, 9 min 961 nəfər vəfat edib. Aktiv xəstə sayı 199 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1745, bu günə qədər isə ümumilikdə 7 milyon 343 min 7 test icra olunub.