Xəzər Xəbər

Azərbaycanda könüllü pensiya sistemi tətbiq olunacaq

"Məcburi pensiya sistemi öz yerində qalacaq"
Cəmiyyət | 16:33 • 11 Noyabr 2022
Azərbaycanda könüllü pensiya sistemi tətbiq olunacaq

“İnflyasiya ilə bağlı hökumətimiz tərəfindən daimi işlər həyata keçirilir”.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, 2019-cu ildən bu yana 6 milyard manat 4 milyon insana şamil olunub: “Gələn il bütün əlavə gəlirlər bizim 2-3 prioritet sahələrdən biri olan sosial sahələrə yönəldiləcək”.

Nazir qeyd edib ki, yeni təkmilləşmələr hazırlayırlar: “Pensiya sisteminin ikinci mərhələsi ilə bağlı Avropa İttifaqı ilə birlikdə layihə hazırlanır. Bununla bağlı aidiyyəti qurumlarla da razılaşmalar aparılır. Lakin bir şeyi bilməliyik ki, könüllü pensiya sistemi icbari pensiya sistemini əvəz edə bilməz. Məcburi pensiya sistemi öz yerində qalacaq, könüllü pensiya sistemi də tətbiq olunacaq”.

Xəbər lenti

Çox oxunanlar