Xəzər Xəbər

Gələn ildən bütün pensiyalar bu qədər olacaq - YENİ MƏLUMAT

Komitə sədri rəqəmləri açıqladı
Cəmiyyət | 15:33 • 11 Noyabr 2022
Gələn ildən bütün pensiyalar bu qədər olacaq - YENİ MƏLUMAT

Azərbaycan Respublikası vətəndaşlarının rifahının yüksəldilməsi, xüsusilə aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin daxili siyasətinin prioritet istiqamətini təşkil edib. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi də bu niyyəti rəhbər tutaraq hazırlanıb. Fondun 2023-cü il üçün gəlir və xərcləri bərabər olmaqla 6,2 milyard manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 657, 7 milyon manat 11,7 faiz çox deməkdir.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin noyabrın 11-də keçirilən birgə iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2018-2023-cü illər ərzində 2,5 milyard manat, yaxud 67 faiz artıb.

“Əmək pensiyalarının orta aylıq məbləği 2020-ci ildə 302 manat, 2021-ci ildə 332 manat, 2022-ci ildə isə 371 manat təşkil edib. 2023-cü ildə isə 423 manat təşkil edəcəyi proqnozlaşdırılır. Göründüyü kimi son 4 ildə əmək pensiyalarının orta aylıq məbləği 120 manatdan çox artıb. Növbəti ildə yaşa görə pensiyanın cari ildəki 399 manatdan 56 manat artaraq 455 manata, əlilliyə görə pensiyanın 324 manatdan 45 manat artaraq 369 manata, ailə başçısını itirməyə görə pensiyanın 328 manatdan 46 manat artaraq 374 manata yüksələcəyi proqnozlaşdırılır”, - deyə komitə sədri qeyd edib.

Xəbər lenti

Çox oxunanlar