Xəzər Xəbər

Sosial yardımın məbləği xeyli artırılacaq

Nazir rəqəm açıqladı
Cəmiyyət | 14:34 • 11 Noyabr 2022
Sosial yardımın məbləği xeyli artırılacaq

“Gələn ildən yaşayış minimumu və ehtiyac meyarı 246 manat məbləğində müəyyən ediləcək. Bu rəqəm cari ildə 200 manatdır”.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, ehtiyac meyarı və yaşayış minimumu ünvanlı sosial yardımın hesablanmasında istifadə olunan indikatorlardır: Bu artım növbəti ildə ünvanlı sosial yardım ödənişinin də 30% artımına şərait yaradacaq və orta hesabla bir ailəyə düşən ünvanlı sosial yardım 500 manatın üzərində olacaq. Bu da həm cari ildə olan ümumi inflyasiyasının, həm ərzaq inflyasiyasının qarşısını almağa kömək edəcək”.

Xəbər lenti