Xəzər Xəbər

Sosial yardımın məbləği artıb

Dövlət Sosial Müdafiə Fondu bu barədə məlumat yayıb
Cəmiyyət | 10:05 • 11 Noyabr 2022
Sosial yardımın məbləği artıb

Oktyabr ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının (ÜDSY) məbləği 41,8 faiz artıb.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, ötən ilin müvafiq dövründə orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 270,2 manat idisə, cari ilin oktyabr ayında bu məbləğ artaraq, 383,2 manat təşkil edib.

Xəbər lenti

Çox oxunanlar