Xəzər Xəbər

Azərbaycanda daha 8 nəfər COVID-19-a yoluxub

Cəmiyyət | 19:32 • 10 Noyabr 2022
Azərbaycanda daha 8 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 8 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış vəfat edən şəxs olmayıb. 

Azərbaycanda indiyədək ümumilikdə 823 592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 454 nəfər müalicə olunaraq sağalıb, 9957 nəfər vəfat edib, aktiv xəstə sayı 181 nəfərdir.

Ölkədə son sutka ərzində 1402, hazırkı dövrədək isə 7 339 257 test aparılıb.

Xəbər lenti