"Rəşad çox səbrli insandır. Hətta özündən kiçik və ya böyük insanın xətrinə dəyərdisə, gedib ondan üzr istəyərdi. Mən Rəşadı çoxdandır, 15 yaşından tanıyıram. Ümumiyyətlə, o, silahla işi olan adam deyildi".
Xezerxeber.az xəbər verir ki, bu fikriləri Rəşad Dağlının dostu, meyxanaçı Cahangeşt Ələkbərli "Xəzər TV"də yayımlanan "Təsir Dairəsi" verilişində deyib.
O xatırladıb ki, hadisədən bir gün əvvəl Rəşadla birlikdə toyda olublar: "Mən həmin toyda iştirak etmişəm, bir yerdə meyxana demişik. Əhvalı həmişəki kimi normal idi".