Azərbaycanda insan kapitalı ilə bağlı proqram hazırlanıb.
Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında elm və təhsil nazirinin müavini İdris İsayev deyib.
nazir müavini bildirib ki, insan kapitalı ölkənin 2030-cu ilə qədər müəyyən edilmiş 5 prioritetindən biridir. Onun sözlərinə görə, bununla bağlı proqram hazırlanıb: “Strategiyada nəzərdə tutulan tədbirlər planının həyata keçirilməsi üçün müvafiq tədbirlərin başlama və bitmə vaxtı nəzərdə tutulub”.